Mingəçevirdə Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək. Yarış fevralın 23-24-ü tarixlərində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Futbolinfo.az xəbər verir ki, iştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik uğrunda yarışacaqlar.

Birincilikdə Nur şəhərindən olan avarçəkənlər də mübarizə aparacaq. Yarışa böyük heyətlə qatılacaq mingəçevirlilər hər gün təşkil olunan təlim-məşq toplanışlarında səylə hazırlaşır. Məqsəd Azərbaycan çempionatında uğurlu çıxış edib medallar qazanmaqdır.

Shares: