Azərbaycanın Respublikasının Bolqarıstan Respublikasındakı səfiri cənab Hüseyn Hüseynov Sofiyada təşkil olunan ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edən Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.
Futbolinfo.az xəbər verir ki, komandanın qaldığı mehmanxanaya gələn səfir idmançılar, məşqçilər və texniki heyətlə söhbət edib, yarışın gedişatı ilə maraqlanıb, kollektivə istənilən məsələdə dəstək olmağa hazırlığını qeyd edib.
Hüseyn Hüseynov idmançılarımıza həm bu, həm də bundan sonrakı bütün yarışlarda uğurlar arzulayıb, beynəlxalq arenada bayrağımızın qalxmasını, daima zirvələrdə dalğalanmasını diləyib.
Baş məşqçi Maxtı Makkayev də öz növbəsində səfirə təşəkkürünü bildirib, onun düşərgəyə gəlməsini komanda üçün mənəvi dəstək olacağını bildirib. Mütəxəssis Azərbaycan dövlətinin idmana böyük diqqət və qayğısı olduğunu, bunu hər yerdə hiss etdiklərini vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.