“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela Aleksandr Kerjakovun məşqçilik karyerasını “Sabah”da davam etdirmək variantına münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, o, “championat.com” saytına açıqlamasında 41 yaşlı mütəxəssisin Azərbaycanda çalışmasının tərəfdarı olduğunu söyləyib: “Sabah”da Aleksandrın özünü sınamasına dəyər. Bu, məşqçi işidir. Klubun harada məskunlaşmasının fərqi yoxdur. Kerjakov hələ də perspektivli mütəxəssisdir”.

Qeyd edək ki, “Sabah” Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra baş məşqçi Murad Musayevlə yollarını ayırıb. Petrjela və Kerjakov isə “Zenit”dən tanışdır.

Shares: