“Braqa”nın hücumçusu Rikardo Horta Portuqaliya çempionatının 21-ci turunda “Sportinq”ə 0:5 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, Portuqaliya millisinin üzvü bu nəticənin Avropa Liqasında “Qarabağ”a qarşı keçiriləcək qarşılaşmaya mənfi təsir edəcəyinə inanmır.

29 yaşlı forvard evdə qələbə qazanmaq istədiklərini söyləyib: “Hər oyunun öz hekayəsi var. Bizim üçün çətin oldu. Yaxşı başlamaq istəyirdik, amma “Sportinq” erkən qol vurdu və rahat çıxış etdi. Səhvsiz hədəf olmur. Qarşıda “Qarabağ”la vacib matçımız var, həmin görüşə köklənmişik. Səhvlərimizin üzərində işləyəcəyik. “Qarabağ” fərqli komandadır. Rəqibi təhlil edəcəyik. Cavab oyunu öncəsi yaxşı nəticə qazanmaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də Portuqaliyada keçiriləcək.

Shares: