Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS Polşa çempionatında 19-cu turun oyununa çıxıb. Lodzlular mövsümün ikinci yarısının ilk  matçında “Korona Kelçse”nin qonağı olub.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.

Bu nəticədən sonra LKS 10 xalla sonuncu – 18-ci, “Korona Kelçse” 21 xalla 15-cidir.

Xatırladaq ki, ötən ay “Qarabağ”dan Polşa klubuna keçən Rahil Məmmədovla ilyarımlıq müqavilə imzalanıb.

Shares: