“Aston Martin” pilotu Fernando Alonso bu ilin çempionatı üçün hazırlanmış maşın haqqında fikirlərini bildirib. Yeni bolid Silverstoun trassında sınaqdan keçirilib.

“Yeni maşının sükanı arxasında ilk gün. Nə demək olar? Yeni bolidi yoxlamaq hər zaman adama xoş gəlir. Bu, yeni emosiyalar deməkdir. Həmişə eyni şeyləri yoxlamağa çalışırsan. Pedalların sənin üçün rahat olması, bolidin özünü aparması maraqlı gəlir. Bütün bunlara baxdıqdan sonra maşın haqqında təəssüratlarını formalaşdırırsan. Bu günün təəssüratları əla idi. Biz buna çox sevinirik. Bəhreyndəki yarışı səbrsizliklə gözləyirəm. Tezliklə görüşəcəyik!”- deyə Alonso sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, ötən Formula 1 çempionatını “Aston Martin” 5-ci sırada başa vurmuşdu. Alonsonun özü isə 4-cü yeri tutmuşdu.

Shares: