İİHF Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan uzaqlaşdırma haqqında qanununu uzadıb. Qurum bunu təhlükəsizlik məsələləri ilə əlaqələndirib.
“Bu gün İİHF iclasların birində Rusiya və Belarus hokkeyçilərinin yarışlara qatılması ilə bağlı məsələni müzakirə edib. Hər bir şeyi ciddi şəkildə araşdırdıqdan sonra qadağanın qüvvədə qalması məqsədəuyğun sayılıb.
Beləliklə, Rusiya və Belarus 2024/2025 mövsümündəki yarışlarda iştirak etməyəcək. Bu qadağa Belarus yığmasının Olimpiadanın seçmə mərhələsində iştirakına da şamil ediləcək.
İİHF məsələni gündəmdə saxlayacaq. Pozitiv addımlar olduğu təqdirdə gələn ilin mayında məsələ yenidən müzakirəyə çıxarılacaq”, – deyə qurumun rəsmi saytında bəyanat verilib.
Xatırladaq ki, Beynəlxalq Hokkey Federasiyası 2022-ci iliin mart ayında Rusiya və Belarusu yarışlardan kənarlaşdırmışdı.