Daha bir futbolçu yayda İngiltərəyə köçə bilər. Niko Uilyamsın Londonda görünmək şansı böyükdür.

Futbolinfo.az xəbər verir ki, “Atletik”in hücumçusu ilə “Arsenal” və “Çelsi” maraqlanır. Onlar Bilbao klubu ilə danışıqlara başlayıb. Nikonun müştərilərinin sayı daha çox olsa da, ən yaxşı şərtləri məhz ingilis klubları təklif etdiyindən İspaniya təmsilçisi digərlərini gözlətmək niyyətindədir.

Uilyamsın bazar qiyməti 50 milyon avrodur. “Atletik”də yetişən 21 yaşlı Qana əsilli hücumçunun hazırkı klubu ilə 3,5 illik müqaviləsi qalır.

Shares: