Veteran ulduzları transfer etməsi ilə gündəmə gələn “İnter Mayami” indi fərqli addım atacaq. ABŞ klubu 21 yaşlı Federiko Redondo ilə güclənəcək.
Futbolinfo.az xəbər verir ki, Lionel Messi, Serxio Busqets, Luis Suares kimi yaşlı oyunçuların yanında gənclərin oynamasını istəyən klub rəhbərliyi argentinalı istedadın keçidin bitirmək üzrədir. “Argentinos Xuniors” yarımmüdafiəçisini 8 milyon avroya satmağa razılıq verib. Redondonun növbəti satışından 15 faiz argentinalılara çatacaq.
Federiko Argentina yığmasının və “Real”ın məşhur ulduzu Fernando Redondonun oğludur. Onun “Argentinos Xuniors”la müqaviləsi yayda bitəcəkdi.