Furkan Korkmaz karyerasını “Beşiktaş”da davam etdirə bilər. Basketbolçu (26 yaş, 201 sm) Türkiyə klubu ilə danışıqlar aparır.

Razılaşma baş tutsa, o, yalnız Türkiyə çempionatında oynaya biləcək. Belə ki, Avropa kubokları üçün yeni oyunçuların iştirak ərizəsinə salınması müddəti artıq geridə qalıb.

Korkmaz İndiana komandasına “Filadelfiya Siksers”dən gəlmişdi. Lakin “Peysers” onun komandaya fayda verə biləcəyinə inanmadığına görə, azad agent kimi sərbəst buraxıb.

Korkmaz karyerasını MBA-da davam etdirmək istəsə də, oyun praktikasının azlığı onu Avropaya qaytara bilər.

Xatırladaq ki, bu mövsüm 35 oyunda Furkanın orta göstəriciləri 2,5 xal və 0,9 ribaund təşkil edib.

Shares: