“Qəbələ” Premyer Liqada turnir cədvəlinin son pilləsində möhkəmlənməkdədir. Bu gün 22-ci tur oyununda “Turan Tovuz”a məğlub olan bölgə təmsilçisi 2024-də qələbə görməyib.

Futbolinfo.az xəbər verir ki, cəmi 1 xal qazanan Elmar Baxşıyevin yetirmələrinin yeganə uğuru “Araz-Naxçıvan”ı yenərək ölkə kubokunun yarımfinalına vəsiqə qazanmaqdır. Çempionatda isə “Kəpəz”i 5 xal önə buraxan “qırmızı-qaralar” vəziyyətini bir qədər də çətinləşdirib.

Ümumiyyətlə, “Qəbələ” 8-ci turda “Kəpəz”i yeganə qolla məğlub etdikdən bəri səfərdə qələbə qazanmayıb. Ardıcıl məğlubiyyətlər içərisində yeganə sevindirici məqam oktyabrın 29-da Sumqayıtda qazanılan bir xaldır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp