“Sumqayıt” “Zirə”yə yenə qalib gələ bilmədi. Bu komandalar arasındakı son 14 görüşdə qəsəbə təmsilçisi məğlubedilməzdir.

Futbolinfo.az xəbər verir ki, bu gün hər iki komandanın penalti qaçırdığı, qolsuz bitən növbəti görüşündə daha iki deriya davam etdi. Amma bu seriyalar “kimyaçılar”ı güldürür.

Belə ki, “Sumqayıt” Misli Premyer Liqasında ardıcıl 6-cı matçdır məğlub olmur. 2024-cü ildə uduzamayan Samir Abasovun yetirmələri, sonuncu dəfə 16 cı turda “Qarabağ”a boyun əymişdi – 1:6. “Zirə” isə çempionat görüşlərində ardıcıl 9-cu qələbəsiz matçını keçirdi. “Qartallar” 13-cü turda “Qəbələ”ni evdə 1:0 hesabı ilə məğlub edəndən bəri 3 xala sevinməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp