AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda I Liqanın 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Difai Ağsu” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.

“Mingəçevir” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilib.

“Zaqatala” – “Qaradağ Lökbatan” oyununun 43-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 3 nömrəli futbolçusu Rəşad Həsənov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp