“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini paylaşıb.

Futbolinfo.az xəbər verir ki, o, qolsuz heç-heçəni belə şərh edib:

“Komandamı təbrik edirəm. Hər iki komandaya təşəkkür edirəm ki, oyunun sonuna kimi bizi gərginlikdə saxladılar. İndiyə kimi bu qədər sıx, mücadilə dolu oyuna rast gəlinməyib. Bir səhv matçın müqəddəratını həll edə bilərdi. İnanmıram ki, qol buraxsaydıq, geridönüş edə bilərdik və ya qol vursaydıq, qələbəni əldən verərdik. Əsas məqsədimiz səhv etməmək idi. Hər iki komanda eyni oynadı. Bu gün məqsəd uduzmamaq idi. Bunun da öhdəsindən gəldik. Yorğunluğa baxmayaraq futbolçular var güclərini qoymuşdular. Bizim kimi komanda üçün səfərdə “Zirə”dən 1 xal almaq pis nəticə deyil”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp