“Maynts”da yeni baş məşqçi müəyyənləşib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən vəzifəyə bu həftəyə qədər “Sürix”i çalışdıran Bo Henriksen təyin edilib.

Danimarkalı mütəxəssislə 2026-cı ilin iyununa qədər olan müqavilə imzalanıb.

Hazırda “Maynts” Bundesliqada 17-ci pillədə qərarlaşıb.

Almaniya klubu dünən baş məşqçisi Yan Zivertlə yollarını ayırmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp