Vinisius Junior ən gənclərin siyahısında 5-ci pilləyə qalxdı. Çempionlar Liqasında 50 oyun keçirən futbolçular arasında braziliyalının da imzası var.

Futbolinfo.az xəbər verir ki, “Real”ın hecumçusu dünən “Leypsiq”i 1:0 hesabı ilə yendikləri matçda yubiley matçını keçirdi. O, Almaniyada 23 yaş 216 günlüyündə meydana çıxdı. Bu, Çempionlar Liqasında 5-ci ən yaxşı nəticədir.

Siyahıya “Real”ın digər futbolçusu, artıq karyerasını bitirmiş İker Kasilyas başçılıq edir. Qolkiper 50 matç həddinə 22 yaş 155 günlüyündə çatıb. Sesk Fabreqas (22 yaş 331 gün), Kilian Mbappe (22 yaş 339 gün) və Lionel Messi (23 yaş 166 gün) “beşliy”in digər sakinləridir.

Shares: