Kevin de Bröyne həlledci oyunçuların adamı olmağa davam edir. Belçikalı yarımmüdafiəçi dünən yenə öz ampluasında idi.
Futbolinfo.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi dünən “Kopenhagen”lə səfər matçında “Mançester Siti”nin qələbəsinə (3:1) hesabı açmaqla töhfə verdi. Bu, onun pley-offlarda vurduğu 12-ci qol idi. Onun Çempionlar Liqasında ümumilikdə 15 qol vurduğunu nəzərə alsaq, məhsuldarlığının faiz nisbəti unikaldır. Qollarının 80 faizini məhz qrup mərhələsindən sonra vuran Kevin, 5+ qol vuran futbolçular arasında ən yaxşı göstəriciyə malikdir.
O da maraqlıdır ki, de Bröyne son 10 qolunun hamısını məhz pley-offlarda vurub.