“Beşiktaş” bu ay “Braqa”dan icarəyə götürdüyü Əl-Musratini birdəfəlik alıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb.
Portuqaliya klubuna 11 milyon avro təzminat ödənilib. 27 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu 2020-ci ildən “Braqa”da oynayırdı.
Xatırladaq ki, Portuqaliya təmsilçisi Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidir.