Misli Premyer Liqasının XXII turunun “Zirə” – “Sumqayıt” matçı iki penaltinin qolla nəticələnməməsi ilə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, meydan sahiblərindən Qismət Alıyev, qonaqlardan Rövlan Muradov 11 metrlik cərimə zərbəsindən yararlanmayıb.
Bir matçda ən azı 2 penaltinin dəqiq olmaması sonuncu dəfə 2015/16 mövsümündə yaşanıb. 8 il əvvəl “İnter”lə “Sumqayıt”ın görüşündə (2:2) üç belə zərbə uğursuz alınıb.
2016-cı il mayın 1-dəki matçda Nika Kvekveskiri qonaqları, Ağabala Ramazanovla Vaqif Cavadov meydan sahiblərini məyus edə bilməyib.
Qeyd edək ki, “Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.