Son Hun-Min milli komandanın düşərgəsində olarkən barmağından xəsarət alıb. Cənubi Koreya yığmasının lideri bu aqibətlə həmkarları ilə dalaşdıqdan sonra üzləşib.

Futbolinfo.az xəbər verir ki, olay Asiya Kuboku oyunları əsnasında baş verib. Yığmanın gənc oyunçuları istirahət günü stolüstü tennis oynamaq istəyi ilə yeməkmasasından erkən qalxmaq istəyib. Son milli komandanın lideri kimi buna qarşı çıxıb. Çünki asiyalılar yemək məclisini birlik və həmrəylik üçün fürsət sayır.

Lakin gənc oyunçular əyləncə naminə komandadan erkən ayrılmağa qərar verib. Belədə “Tottenhem”in futbolçusu millinin kapitanı olaraq vəziyyətə müdaxilə edib. Dava zamanı Sonun barmağı yerindən çıxıb, həkim müdaxiləsinə ehtiyac yaranıb.

Cənubi Koreya millisinin Asiya Kubokundakı uğursuz çıxışının səbəbi yəqin ki, elə bu cür olaylardır. Yığmada birlik olmadığından koreyalılar titul uğrunda mübarizə apara bilmədi.

Shares: