Formula 1-də mübarizə aparan “Mercedes” komandası yeni mövsüm üçün avtomobilini nümayiş etdirib.
Yeni avtomobil W15 adı ilə təqdim edilib. Mərasim komandanın Silverstoundakı bazasında baş tutub və sosial şəbəkələrdə canlı yayımlanıb.
Xatırladaq ki, komandanın pilotları Lyuis Həmilton və Corc Rasseldir. Yeddiqat dünya çempionu Almaniya komandasında sonuncu çempionatını keçirəcək. Yeni bolidlə bağlı fikirlərini bildirən britaniyalı pilot əvvəlki mövqelərinə qayıtmağa ümid etdiyini dilə gətirib.