“Matç gərgin keçdi. Meydanda hər iki komanda tərəfindən gözəl mübarizə var idi”. Bunu futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə deyib.
O, Misli Premyer Liqasının 22-ci turunda “Zirə” ilə 0:0-lıq heç-heçə etdikləri matçdan danışıb:
“Nəticəyə gəlincə, qazanılan hər bir xal vacibdi. Penalti qol olsaydı, bəlkə də başqa cür ola bilərdi. Bunu tam dəqiq deyə bilmərəm. Amma bu, futboldur, belə hallar normaldı. Rəqib də penaltidən yararlana bilmədi. Bu oyunu unudub qarşıdaki matçlara köklənməliyik. İstəyirəm ki, biz uğurlu seriyamızı davam etdirək, doğma meydanımızda azarkeşlərimizi sevindirək”.