Azərbaycan klublarındakı çıxışı ilə tanınan Adrian Skarlatake karyerasını bitirmək niyyətində deyil.
Futbolinfo.az xəbr verir ki, rumıniyalı müdafiəçi 37 yaşı olmasına baxmayaraq, ölkəsi Rumıniyada karyerasını davam etdirir.
Skarlatake II Liqa təmsilçisi “Argeş”dən ayrıla da, bu çempionatda çıxışını davam etdirəcək. Çünki müdafiəçi “Konkordiya” ilə anlaşıb. Təcrübəli futbolçu yeni komandası ilə yaya qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Adrian müxtəlif illərdə Azərbaycanda “Xəzər Lənkəran”, “İnter” (indiki “Şamaxı”) və “Zirə”də çıxış edib.