“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrikenin karyerasındakı yüksəliş davam edir.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı vinger komandasını yenidən dəyişib. Bu dəfə o, ölkəsi Braziliyada “İnternasional”dan ayrılaraq, A Seriyasının digər iştirakçısı “Korintians”la anlaşıb.

Bir müddət əvvəl “Vasku da Qama”nın icarəyə götürməklə bağlı təklifi rədd edilsə də, “İnternasional” Enrikeni “Korintians”a satmağa razılıq verib. Yaxın müddətdə oyunçu yeni komandasında təqdim olunacaq.

Qeyd edək ki, Pedro Enrike 2017-18 mövsümündə “Qarabağ”ın formasını geyinib.

Shares: