Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni komandası LKS-dəki ilk oyunu uğursuz alınıb. Onun komandası Ekstraklasanın XX turunda “Korona”ya məğlub olub.
Futbolinfo.az xəbər verir ki, yenilgiyə baxmayaraq, Məmmədov həm məşqçilər korpusu, həm futbol ictimaiyyəti, həm də mətbuatdan müsbət rəy alıb. Məmmədov 0:1 hesabı ilə uduzduqları görüşdə komandasının ən yaxşılarından biri seçilib.
Yerli KİV onun çıxışını belə dəyərləndirib: “Rahil yaxşı oynadı. Azərbaycanlı müdafiəçi effektiv çıxış edir. Daha əvvəldən – yayda gəlsəydi, yəqin ki, indi əsas oyunçulardan biri, çempionatın isə ən yaxşılarından idi”.
Qeyd edək ki, LKS hazırda 10 xalla turnir cədvəlinin son pilləsində qəralaşıb.