Nail Kərimov fəaliyyətini “Qarabağ”da davam etdirəcək. “Qəbələ”dən ayrılan sabiq baş menecer Ağdam klubunun akademiyasında çalışacaq.
Futbolinfo.az xəbər verir ki, 2006-cı ildən bölgə təmsilçisində mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri kimi çalışan Kərimov 2021-ci ilin dekabrından baş menecer idi. Amma onun böyük futbolda karyerası alınmadı və komandanı sonuncu pillədə olarkən tərk etdi.
Nail bəy bundan sonra yenə uşaq futbolunda çalışacaq. O, Aftandil Hacıyevin rəhbər olduğu akademiyada texniki işlərlə məşğul olacaq. Təyinatın tezliklə rəsmiləşməsi gözlənilir.