“Azərbaycan çempionatında və kubokunda keçirdiyimiz hər oyunda həm nəticə qazanmaq istəyirdik, həm də “Braqa” ilə Avropa Liqasındakı matçlara hazırlaşırdıq. Çünki bu oyunun necə əhəmiyyətli olduğunu bilirik”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç deyib.

Monteneqrolu oyunçu bu gün komandasının Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sına qarşı keçirəcəyi matçdan danışıb: “Çempionat və kubok oyunlarında hazırlaşmaqla yanaşı, zədə almamağa çalışırdıq. Yaxşı ki, zədəsiz oldu. “Braqa”nın favorit olmasına gəlincə, futbolda artıq heç kimsəni tam favorit olaraq göstərmək mümkün deyil. Kağız üzərində heç nə həll olunmur. Doğrudur, “Braqa”nın heyətində güclü oyunçular var, milli komandada çıxış edirlər, klub özü daha yaxşı çempionatda mübarizə aparır. Həm də onlar Çempionlar Liqasında oynayıblar, təcrübələri böyükdür. Bizim də Avropada illərdir təcrübə yığan keyfiyyətli və güclü oyunçularımız var. Matçın Azərbaycan üçün əhəmiyyətini anlayırıq. Evə sərfəli nəticə ilə dönməyə çalışacağıq”.

Veşoviç bu matçda meydana çıxmayacağını üçün üzgün olduğunu da sözlərinə əlavə edib: “Yüz faiz çox üzgünəm. Mən son oyunda səhv etdim və bu matçı buraxacam. Amma sevindirici hal odur ki, UEFA cəmi bir oyunluq cəza verdi”.

Shares: