“Braqa”nın futbolçusu Paulo Oliveyra Portuqaliyada “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin ilk matçından əvvəl mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçi doğma azarkeşlər önündə çıxış etməyin onlara əlavə üstünlük verəcəyini bildirib:

“Bilməliyik ki, bu, pley-off mərhələsidir. Nə qədər bacarıqlı və ciddi olsaq, növbəti görüşdə bir o qədər üstünlük əldə edə bilərik. Keyfiyyətimizi göstərməliyik. Yaxşı nəticə qazanmaq istəyirik. Hamımız üçün vacib yarışda irəliləmək üçün əlimizdən gələni edəcəyik. Çox çətin qarşılaşma olacaq”.

Bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Shares: