Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunan növbəti düşərgə Naxçıvan Muxtar Respublikasında baş tutub.

Futbolinfo.az xəbər verir ki, “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi çərçivəsində bu bölgədən olan voleybol məşqçiləri ilə görüş keçirilib.

AVF nümayəndələrinin, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın iştirakı ilə baş tutan görüşdə bölgələrdə voleybolun inkişafından, mütəxəssislərin fəaliyyətindən danışılıb, bu idman növünün yeni qaydaları haqqında ətraflı məlumat verilib. Həmçinin rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Naxçıvanda təşkil olunan düşərgə bu ilin ikinci düşərgəsidir. İlin ilk düşərgəsi 9-11 fevral tarixlərində Gəncə və Tovuzda təşkil olunub. Növbəti düşərgə fevralın 21-23-də Sumqayıtda baş tutacaq.

Shares: