“Arsenal” Markinyosu yenidən carəyə göndərəcək. Londonlular 20 yaşlı braziliyalını vətəninə yola salacaq.

Futbolinfo.az xəbər verir ki, cinah oyunçusu 2022-ci ilin yayında “San Paulu”dan 3,5 milyon avroya transfer olunub. 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçu, “topçular”ın düşərgəsində cəmi 6 ay qalıb. Əvvəlcə “Norviç”ə icarəyə verilən Markinyos, mövsümün əvvəlində “Nant”a göndərilmişdi.

Fransa klubundakı durumundan narazı olan oyunçu, indi də “Fluminense” ilə razılığa gəlib. Markinyos tibbi müayinədən keçib, yeni klubu tezliklə rəsmi açıqlama verəcək.

Shares: