Tomas Tuhelin taleyi qarşıdakı oyunlarda həll olunacaq. “Bayern” rəhbərliyi növbəti 3 oyundan sonra mütəxəssislə bağlı qərar qəbul edəcək.

Münhen klubunun qarşıdakı 3 oyunu “Bohum”, “Leypsiq” və “Frayburq”la olacaq. Məhz bu müddət ərzində baş məşqçi vəziyyəti düzəltməlidir.

Xatırladaq ki, Tuhel keçən il komandaya gətirilib. Yulian Naqelsmannı istefaya göndərən rəhbərlik komandanı məhz ona tapşırmışdı. Bu müddət ərzində “Bayern” son turda çətinliklə çempionluğu qazanmışdı. Bu mövsüm isə münhenlilər son 10 ildə ilk dəfə ölkə çempionluğundan məhrum ola bilər. Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda isə komanda “Latsio”ya 0:1 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Tomas Tuhelin özü hazırda “Barselona”da işləmək arzusundadır. Deyilənlərə görə, o, ispan dilini öyrənməyə başlayıb.

Shares: