Joze Mourinyo “Roma” klubunun rəhbərliyini sərt tənqid edib. Onun sözlərinə görə, istefaya göndərilmə qərarı erkən olub.
Portuqaliyalı mütəxəssisin fikrincə, o, komandaya həm A Seriyasında uğurlu nəticələr əldə etməyə , həm də Avroliqanı qazanmaqda kömək edə bilərdi.
“Mən təkcə istefaya göndərildiyimə görə Avroliqadan kənarda deyiləm, əsas önə çəkiləsi məqam odur ki, məni işimdən futboldan anlayışı olmayan insanlar ediblər”, – deyə Mourinyo bildirib. Mütəxəssisin sözlərini jurnalist Ekrem Konur sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, portuqaliyalı baş məşqçi 2021-ci ildən “Roma”da idi. Bu müddət ərzində komanda Konfrans Liqasının qalibi olmuş və Avropa Liqasının finalına yükəlmişdi.