UEFA 2022/2023 mövsümü üçün maliyyə hesabatını təqdim edib. Buna əsasən hansı komandaların heyətinin daha dəyərli olduğu üzə çıxıb.

2022/2023 mövsümünə görə reytinqdə birinci yeri “Mançester Yunayted” tutub. “Qırmızı şeytanlar”ın futbolçularının transfer dəyəri rekord həddə – 1,42 milyard avroya çatıb. İkinci yeri “Mançester Siti” (1,26 milyard avro) tutub. İlk üçlüyü Londonun “Çelsi” komandası (1,04 milyard avro) qapayıb. İlk beşliyə həmçinin Madrid “Real”ı (1,031 milyard avro) və Fransanın PSJ (931 milyon avro) komandası da daxil olub.

Qeyd edək ki, ötənilki Çempionlar Liqasının qalibi İngiltərənin “Mançester Siti” klubu olub. “Sevilya” Avropa Liqasını, “Vest Hem” isə Konfrans Liqasını qazanıb. Maraqlıdır ki, “Sevilya” 2022/2023 mövsümündə ən bahalı heyətə malik ilk 20 komanda sırasına belə düşə bilməyib. “Vest Hem” isə 17-ci yeri tutub.

Shares: