“Ferrari” pilotu Şarl Lekler qış fasiləsi zamanı gördüyü işlər haqqında danışıb. Monakolu sürücü fransız pianoçu Sofian Pavarla birlikdə bir neçə mahnı yazıb. Gördüyü işlər təqdim etdiyi relizdən məlum olub.

“Bu vaxtın hər bir saniyəsindən xüsusi zövq alırdım. Qış fasiləsi zamanı Pavarla birlikdə musiqi studiyasında 2 gün keçirdim. Biz 4 mahnı yazdıq. Onları bu gecədən etibarən dinləyə biləcəksiniz. Nətiəclərlə çox fəxr edirəm. Onları sifariş etməyin yolları haqqında məlumat veriləcək. Bu musiqiləri qısa zaman kəsiyində yükləmək mümkün olacaq. Bundan başqa , mahnıların notlarını da təqdim edəcəyik. Ümid edirəm ki, bəyənəcəksiniz”, – deyə Lekler sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Lekler ötən çempiontda bir dəfə də olsun mərhələdə qələbə qazana bilməmişdi. Mövsümün yekunlarına görə, o, 5-ci pilləni tutmuşdu.

Shares: