Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin ən təcrübəli üzvü Rafiq Hüseynov (82 kq) 4-cü dəfə Avropa çempionu olmaq üçün Rumıniyaya yollansa da, son anda aldığı zədə uğur qazanmağa imkan vermədi.
Futbolinfo.az xəbər verir ki, 3 qat Avropa çempionu bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“Bakıda keçirilən yoxlama görüşləri zamanı boynumdan zədələndim. Ancaq o zaman güclü ağrı yox idi. Hər şey normal idi, dözmək olardı. Buxarestdəki məşqdə həmin zədə ciddi ağrı verdi. Ondan sonra əllərimi hiss eləmirdim. Bakıda MRT-dən keçdikdən sonra əməliyyata ehtiyac olub-olmadığı bilinəcək”.