“Neftçi”nin sabiq futbolçusu Mamadu Mbodj Qazaxıstanın “Ordabaşı” klubundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, seneqallı müdafiəçi “Hapoel Hadera”ya keçib.

Bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb.

Mbodj 2019-cu ilin yanvarından 2022-ci ilin sonunadək “Neftçi”də çıxış edib. O, “ağ-qaralar”la çempionluq da yaşayıb. 30 yaşlı futbolçu daha əvvəl “Srvena Zvezda”, “Napredak”, “Jalgiris” komandalarında da oynayıb.

Shares: