“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” daha bir futbolçusu ilə yollarını ayıra bilər.

Futbolinfo.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, hücumçu Alvaro Djalo Rusiya klubu “Krasnodar”ın transfer gündəmindədir.

Adıçəkilən komanda qış transfer dönəmində 24 yaşlı ön xətt oyunçusu üçün bir neçə dəfə qarşı tərəfin qapısını döyüb. Ancaq “Braqa” bütün təklifləri rədd edib. Buna baxmayaraq, ruslar ispaniyalı oyunçu üçün növbəti cəhdə hazırlaşır.

Cari mövsüm 34 oyunda 13 qol vuran “Braqa”nın yetirməsi İspaniya klubu “Atletik”in də maraq dairəsindədir. Portuqaliyalılar isə onu 20 milyon avrodan ucuz qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, “Braqa” ilə “Qarabağ” arasında Braqada keçirilən ilk oyunda təmsilçimiz 4:2 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda təşkil olunacaq. Djalo dünənki matçın start heyətində idi.

Shares: