Daha bir albaniyalı futbolçunun karyerasını Azərbaycanda davam etdirmək imkanı olub.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, ölkəsində “Dinamo Siti”nin formasını geyinən müdafiəçi Silvio Vokkri Premyer Liqadan təklif alıb. Lakin 22 yaşlı sağ cinah oyunçusu fərqli seçim edib.

O, bir neçə təklifinin olmasına baxmayaraq, Ukraynaya köçmək qərarına gəlib. Vokkri “Vorskla” ilə müqavilə imzalayıb. Oyunçu yeni komandası ilə 2,5 illik anlaşıb.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 2 albaniyalı var. Redon Cica “Qarabağ”ın, Belajdi Pusi “Turan Tovuz”un formasını geyinir.

Shares: