“Braqa”nın baş məşqçisi Artur Jorje “Qarabağ”a 2:4 hesabı ilə məğlub olduqları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, bu məğlubiyyətdən sonra komanda olaraq bir araya gəlməli olduqlarını bildirib:
“Dərhal bunu tətbiq edəcəyik. Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik. Bu, istədiyimiz nəticə deyil. Bizim üçün çox ağır məğlubiyyətdir. Səfərdə 3:0 hesablı qələbə lazımdır. Çox çətindir. Üzərimizə böyük məsuliyyət düşür”.
Baş məşqçi azarkeşlərin narazılığı haqqında da danışıb: “Onları başa düşürəm. Narazılıq, məyusluq, hətta kədəri də hiss edirəm. Daha çox çalışmalıyıq və iş görməliyik. Fanatlarımızın bizim yanımızda olmasını istəyirik”.
Cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.