“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində ilk oyunda “Braqa”nı məğlub edib – 4:2.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisinin baş direktoru Emrah Çelikel tarixi qələbə ilə bağlı təəssüratlarını bölüşüb:

“Çox sevincliyik, gözəl nəticədir. Səfərdə 4:2 hesablı qələbə hamımızın ürəyincə oldu. Bundan sonra təmkinli, diqqətli olmalıyıq. Cavab matçında daha çox dəstək lazımdır. Bu gün sevincliyik, amma sabahdan hazırlıqlara başlamalıyıq.

Cavab görüşü daha çətin olcaq. Artıq komandalar bir-birini tanıyır. Qurban müəllim indi daha məlumatlıdır. Onu bilirəm ki, təmkinli olmalıyıq. Bakıdakı oyundan da qələbə gözləyirəm, bunu arzulayır, istəyirik. Hamı kimi əlimizdən gələni edəcəyik”.

“Qarabağ” ilə “Braqa” arasındakı cavab görüşü fevralın 22-də Bakıda olacaq.

Shares: