“Braqa”nın futbolçusu Abel Ruis Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a məğlub olduqları görüşdən danışıb.

Futbolinfo.az xəbər verir ki, “Barselona”nın yetirməsi olan ispaniyalı hücumçu Bakıdakı oyunda çox şeyi dəyişməli olduqlarını bildirib:

“Günümüz deyildi. Bunu qəbul etməli və dərhal reaksiya verməliyik. İstədiyimiz oyun deyildi, “Qarabağ” bizi üstələdi. Cavab matçında hər şeyi dəyişməliyik. Qarşıda 90 dəqiqə var. Əvvəlcə diqqətimizi çempionatdakı oyuna yönəldəcəyik. Bundan sonra “Qarabağ” haqda düşünəcəyik. Revanşda çox şeyləri fərqli etməliyik”.

Komandalar arasında cavab matçı fevralın 22-də Bakıda keçiriləcək.

Shares: