Cənubi Koreya millisinin baş məşqçi Yurgen Klinsmann istefaya göndərilib.

Futbolinfo.az BBC-yə istinadən xəbər verir ki, Asiya kubokundakı uğursuz nəticəyə görə bu qərar verilib.

Cənubi Koreya yığması turnirin yarımfinalında İordaniyaya məğlub olub – 0:2.

Almaniyalı mütəxəssis ötən ilin fevralında milliyə baş məşqçi təyin edilmişdi. Onun müqaviləsi DÇ-2026-nın sonuna qədər idi.

Shares: