Dördqat dünya çempionu Sebastyan Fettel gələn il “Mersedes” komandasının pilotu olmaqda çox israrlıdır. “Sky Germany” televiziyasının verdiyi məlumata görə, almaniyalı pilot bunu əhatəsində olan insanlara bildirib.

Xatırladaq ki, Lyuis Həmilton növbəti mövsüm alman komandasını tərk edəcək.

Mənbənin xəbərinə görə, Fettel karyerasını iki ildən sonra bərpa etməyi düşünür. O, çempionatı 2022-ci ilin sonunda tərk etmişdi. Bu günlərdə Fettel sosial şəbəkə hesabında belə bir yazı paylaşmışdı: “Elə bir yarış qalıb ki, orada qələbə qazanmaq lazımdır”.

Telekanalda gedən məlumata əsaslansaq, Fetteli 24 mərhələlik çempionat da qorxutmur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp