Formula 1 komandalarının təqdimat mərasimləri başa çatıb. Son olaraq yeni bolidini çempion komanda nümayiş etdirib.

“Red Bull”un yeni maşını RB20 adını alıb. Maşının livreyası ənənəvi üslubda hazırlanıb.

Xatırladaq ki, keçən il “Red Bull” rekordları yeniləməklə çempion olmuşdu. Komanda mövsümü 860 xalla başa vurmuşdu. Keçirilən 22 mərhələdən 21-də məhz “Red Bull” pilotları qələbə qazanmışdılar. Maks Ferstappen isə pilotların yarışında çempion olmuşdu.

Bu il komandanın heyəti keçən ildəki kimi qalır. Avstriya komandasının şərəfini niderlandlı Ferstappen və meksikalı Serxio Peres qoruyacaq.

Əlavə edək ki, çempionata martın 2-də Bəhreyndə start veriləcək. Bir həftə sonra isə Səudiyyə Ərəbistanı qran-prisi baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp