Son vaxtlar alınan nəticələr “Bayern”in baş məşqçisi Tomas Tuheli çətin vəziyyətə salıb. Mütəxəssis komandaya gəldikdən sonra vəziyyətin pisləşməsinə səbəb olub. Buna görə də rəhbərlik onun haqqında radikal qərar vermək fikrindədir.

Azarkeşlər isə artıq ondan üz döndəriblər. Bu gün baş tutan məşq zamanı bunu görmək mümkün olub. Məşq üçün bazaya gələn Tomas Tuheli azarkeşlər xüsusi hazırlanmış pankartla qarşılayıblar. Onun üzərində “Tomas, rədd ol!” yazısı olub.

Bazanın mühafizəçiləri fanatları oradan uzaqlaşdırmağı bacarıblar. Bundan başqa, azarkeşlər De Lixtin niyə oynamadığını da baş məqşçidən soruşmağa çalışıblar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp