“Los-Anceles Leykers” klubu gələn təkliflərə baxmayaraq, Lebron Ceymsi heyətində saxlamaq niyyətindədir. Bu barədə “The Athletic” məlumat yayıb.

Komanda onun karyerasını məhz burada bitirməsini istəyir. Ceymsin özü də hazırda komandanı dəyişmək fikrində deyil.

Bu mövsüm MBA-nın müntəzəm çempionatında forvard 47 oyunda meydançaya çıxıb. Onun orta göstəriciləri 24,6 xal, 7,2 ribaund və 7,7 asistə bərabərdir.

Xatırladaq ki, Lebron Ceymsi heyətində “Qolden Steyt Vorriors” və “Filadelfiya Siksers” komandaları görmək istəyirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp