Fransali basketbolçu Viktor Vembanyama MBA-da ilk 1000 xalını qazanma tezliyinə görə liqa tarixində  4-cü olub. “San Antonio Spörs”ün oyunçusu bu göstəriciyə görə, hətta Maykl Cordanı da qabaqlayıb.

Vembanyama 1000 xal qazanmaq üçün 1377 dəqiqə meydançada olub. Cordan isə ilk 1000 xalını 1448 dəqiqəyə qazanmışdı. Bu da əfsanəvi basketbolçu ilə müqayisədə 71 dəqiqə daha tez deməkdir.

19 yaşlı basketbolçunun bu nailiyyəti yeganə deyil. Bir müddət əvvəl o, ən azı 30 xal və 7 blok-şotu ən az müddətə edən basketbolçu kimi liqa tarixinin rekordunu yeniləmişdi. Həmçinin, o, 1992-ci ildən bəri ilk 5 oyun ərzində 100 xal və 10 blok-şot edən ilk oyunçu olmuşdu.

Xatırladaq ki, bir neçə gün əvvəl Viktor 25 xal, 10 ribaund və 10 blok-şotla tripl-dabl etmişdi. Bunu da liqa tarixində yalnız 4 nəfər bacarıb. Həmin 4 basketbolçu Kərim-Abdul Cabbar, Həkim Olajuon, Devid Robinson və Ralf Sempsondur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp