Dünyanın sabiq 1 nömrəli tennisçisi Simona Halep qida əlavələri istehsalçısını məhkəməyə verib. Bu barədə “Reuters” məlumat yayıb.

Mənbənin xəbərinə görə, rumıniyalı idmançı Kanadanın “Quantum Nutrition” şirkətindən 10 milyon dollar təzminat tələb edir. Halepin fikrincə, qadağan olunmuş maddə onun bədəninə 2022-ci ildə qəbul etdiyi qida əlavə vasitəsi ilə daxil olub və həmin maddə etiketdə tərkibdə olanların siyahısında qeyd edilməyib.

Xatırladaq ki, istintaq dindirmələri fevralın 9-da baş tutub. Qərarın elan olunacağı tarix hələlik məlum deyil. Keçən ilin sentyabrında Halep antidopinq qaydalarını pozduğuna görə 2026-cı ilin oktyabrına qədər tennisdən uzaqlaşdırılıb. İdmançıdan 2022-ci ilin sonunda götürülən analizdə qadağan edilmiş roksadustat aşkar edilib. Bundan başqa, idmançının bioloji pasportunda da pozuntular üzə çıxıb.

Shares: