“Qarabağ”ın futbolçusu Abdullah Zubirin çıxışı Avropa klublarının da diqqətini cəlb edib.

Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi mövsümün sonunda Ağdam klubunu tərk edə bilər.

Məsələ burasındadır ki, cinah oyunçusunun Azərbaycan çempionu ilə müqaviləsi yayda başa çatacaq. Avropa Liqasının pley-off mərhələsində “Braqa” önündəki perofrmansın ardından iki klub ona “elçi düşüb”.

Səfər qarşılaşmasında 4:2 hesablı qələbəyə 2 qol, 1 assistlə töhfə verən Zubir Almaniya Bundesliqasının ortabablarından olan “Auqsburq” və Şotlandiya Premyer Liqasının lideri “Seltik”in maraq dairəsinə düşüb. Futbolçunun Fransaya qayıtmaq variantı da istisna edilmir. Bildirilir ki, Liqa 1-in hazırda avrokuboklarda çıxış edən klublarından biri onu mövsümün sonuna qədər izləmək qərarına gəlib.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinir.

Shares: