MHL rəhbərliyi 2026-cı ilin “Ulduzlar oyunu”nun təşkilini “Nyu-York Aylenders” klubuna verib. Sonuncu dəfə bu komanda 1983-cü ildə liqa ulduzlarını qəbul etmişdi.
Oyun komandanın yeni arenasında keçiriləcək. Stadionun azarkeş tutumu 17 225 nəfərə bərabərdir. “Aylenders” klubu 3 ildir ki, bu arenada ev oyunlarını keçirir.
Qeyd edək ki, gələn il “Ulduzlar oyunu” olmayacaq. Bunun da səbəbi “4 millət turniri”nin keçirilməsidir. Bu turnirdə Kanada, ABŞ, İsveç və Finlandiya milli komandaları mübarizə aparacaq.
2026-cı ilin “Ulduzlar oyunu” hokkeyçilərin Olimpiya Oyunlarına getməsindən əvvəl təşkil ediləcək.